"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası

"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
ÇEMPİONLAR LİQASI 11 Sentyabr 2026 / 00:52 5107
-  A +

Bu gün "Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olub. "Old Trafford" stadionunda keçirilən görüşü 70 minədək azarkeş arenada canlı izləyib. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib. 

Oyunda "Sabah" 0:4 hesabı ilə uduzub. 

Xatırladaq ki, "Sabah" tarixində ilk dəfə ÇL-in əsas məhələsində iştirak edir.

Çempionlar Liqası, Liqa mərhələsi, 1-ci tur

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sabah" (Azərbaycan) - 4:0

Qollar: Mateus Kunya, 27, Bruno Fernandeş, 42, Benyamin Şeşko, 45, Lisandro Martinez, 68

Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrar, Matyo Vernis (hamısı Fransa)

VAR: Jerom Brisar (Fransa)

AVAR: Momçilo Markoviç (Serbiya)

"Old Trafford", Mançester, İngiltərə.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner