Xames Rodrigesin transferi açıqlandı

Xames Rodrigesin transferi açıqlandı
DÜNYA FUTBOLU 11 Sentyabr 2026 / 13:53 548
-  A +

Kolumbiyalı futbolçu Xames Rodrigesin “Atletiko Nasional”a transferi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçu ilə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Xames Rodrigesin son klubu MLS təmsilçisi “Minnesota” olub. O, ABŞ klubunun heyətində 2026-cı ildə 6 matçda meydana çıxıb. O, "Real", "Bavariya", "Monako", "Olimpiakos, "Porto","EVerton" və "Rayo Valekano" klublarında da çıxış edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner