Mahirin komandasından Polşa çempionatında ilk qələbə

Mahirin komandasından Polşa çempionatında ilk qələbə
XƏBƏR 11 Sentyabr 2026 / 21:57 4219
-  A +

Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakov” öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Mahir Emreli görüşə əsas heyətdə başlayıb. O, 87–ci dəqiqədə əvəzlənib. “Rakov”un qollarını 42-ci və 77-ci dəqiqələrdə Patrik Makuç vurub.

Bu, “Rakov”un cari mövsümdə Polşa çempionatında ilk qələbəsi olub.

7 oyundan 3 xalı olan “Rakov” hazırda 18 komanda arasında sonuncu yeri tutur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner