Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında

Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
ÇEMPİONLAR LİQASI 11 Sentyabr 2026 / 11:22 245
-  A +

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra qurtarış sayına görə turnirin ən yaxşıları sırasında yer alıb.

QOL.az xəbər verir ki, UEFA-nın statistikasına əsasən, Qazaxıstan millisinin üzvü “Mançester Yunayted”lə səfər matçında 5 qurtarış edib. 

Bu göstərici ilə Pokatilov ilk turdan sonra qurtarış sayına görə 5-ci yeri bölüşdürür. Pokatilovla yanaşı Nikita Haykin (“Bodo/Qlimt”), Qreqor Kobel (“Borussiya” Dortmund), Yan Zommer (“Brügge”), Zayon Suzuki (“Aston Villa”) və Mile Svilar (“Roma”) 5 qurtarış edib.

Siyahıya hərəyə 8 qurtarışla “Portu”nun qapıçısı Dioqu Koşta və “Slovan”dan Dominik Takaç başçılıq edirlər. Tibo Kurtua (“Real”) 7, Xosep Martines (“İnter”) 6 qurtarış edib. 

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində debüt matçında “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner