“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya

“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
ÇEMPİONLAR LİQASI 11 Sentyabr 2026 / 09:44 613
-  A +

“Bavariya” Çempionlar Liqasının qrup və Liqa mərhələlərində ev oyunlarında 39 matçdır məğlub olmur.

QOL.az xəbər verir ki, Münhen təmsilçisi bu görüşlərdə 37 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib. “Squawka”nın məlumatına görə, Almaniya klubunun bu rekordu 13 ildir davam edir.

“Bavariya” bu mövsüm Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Budo-Qlimt”i 5:0 hesabı ilə darmadağın edib. “Arena Münhen”də keçirilən qarşılaşmada Jamal Musiala, Harri Keyn və Alfonso Devis fərqlənib, Maykl Olise isə dubl edib.

Münhen klubu oktyabrın 13-də növbəti turda “Vikinq”lə (Norveç) qarşılaşacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner