28 yaşlı bu azərbaycanlı balası - Bəhlul Mustafazadə daha bir dəfə, bax elə dünənki oyundakı kimi, son saniyələrdə vacib qol vurub “Qarabağ”ın uğur qazanmasına səbəb olmuş, onun Avropa yolunu uzatmışdı.
Dünənki matçdakı “Qarabağ” iradəsinin, mübarizliyinin, Qurban Qurbanovun dəyənət və mətanətinin təsiri ilə həmin o oyunu təzədən yada salmaya bilmirəm. Və əlbəttə, bu matçdan əvvəl vikinqə oxşayan bir norveçli cənabın yüksək əda və qətiyyətlə mənə dediklərini:
“Bu axşam komandanıza 4 qol vuracağıq!”
Düzdür, axşamın axşam olmasına hələ neçəsə saat vardı, o mənə “sizə 4 qol vuracağıq” deyəndə günorta idi. Amma artıq günorta da deyil, səhər o başdan bütün yerli norveçlilər elə o vikinqə oxşayan qardaş kimi oyunun hazırlığına başlamış, özlərini qələbəyə kökləmişdi.
Moldedəydim. Norveçin 30 minlik balaca bir şəhərində. Bütün küçələri yerli “Molde” klubunun bayraqları bəzəmişdi: mağazaların vitrinlərini, restoranların qarşısını, evlərin eyvanlarını. Və futbol adına bu nümunəvi mənzərəni görəndə ani olaraq fikrə dalmağa başlamışdım. Mirzə Babayev sanki qəbirdən çıxıb dipdiri qarşımda dayanmış və məşhur filmimizdəki o unudulmaz sözləri təkrarlamışdı: “Əgər o əjdaha varsa, bəs o əjdahadan niyə bizdə yoxdur?”
Amma onda həm də onu qəbul etmişdim ki, əslində əjdahanı əjdaha edən heç də bir futbol klubunun bayrağını vitrinlərə, restoranların qarşısına dikmək, eyvanlarda göstərmək, “sizə 4 qol vuracağıq” demək deyilmiş.
Əjdahanı əjdaha edən yaralı vətən torpağının hər qarışına sancdığın bayraq imiş! O yaraları üçrəngli bayrağınla sağaltmaq imiş.
Və onda o bayrağın kölgəsi altındakı insanlar Norveçin 30 minlik balaca şəhərinə gəlmişdilər. 8-10 dərəcə şaxtanın altında isə o bayrağı təmsil edən futbolçular “Qarabağ”ın adı ilə oyuna çıxmışdılar.
Biz isə tribunada oturub təkcə oyuna baxmırdıq, həm də tir-tir titrəyirdik. İsti kofe kömək etmirdi. Qaynar çay kömək etmirdi. Stadionun restoranında verilən 40 dərəcəlik viski kömək etmirdi. Tribunada ədyala bürünüb oturmağımız da kömək etmirdi.
Amma sonda uğur kömək etdi.
Vurduğumuz qollar kömək etdi.
Bəhlul kömək etdi. 90+5-ci dəqiqədə öz cərimə meydançasından ta rəqibin cərimə meydançasına kimi şığıyıb qol vurdu, “Qarabağ”a vacib olan 1 xalı qazandırdı (2:2). Avropada “Braqa” ilə pley-off, “Bayer”lə 1/8 final matçlarının bönövrəsini qoydu.
Dünən Bəhlul yenə son saniyələrdə - bu dəfə “Ayntraxt”a qol vurub “Qarabağ”a ilk dəfə alman klubları üzərində vacib qələbə qazandırdı.
Həm də Çempionlar Liqasında.
Çempionlar Liqasına həm də Əjdahalar Liqası deyirlər. Futbolun əjdahalarının.
Amma bizim futbol cırtdanlarla doludur. İllər keçir, onilliklər keçir böyümürük, böyüyə bilmirik. Ya bəlkə böyümək istəmirik? Və bu yığının içində hələlik (bəlkə də həmişəlik) qəddini dik tuta-tuta irəliləyən yalnız onlardır - “Qarabağ”dır.
Həm də odur. Qurban Qurbanov.
Həm özü böyüyən, həm də bəhlulları, elvinləri böyüdən adam!
Aydın Bağırov

“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu