“Sabah”ın hücumçusu Coy Lens Mikels uşaqlıqdan azarkeşi olduğu “Mançester Yunayted”ə qarşı oynamağın onun üçün xüsusi hadisə olacağını bildirib.
QOL.az xəbər verir ki, 32 yaşlı futbolçunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Old Trafford”da keçiriləcək qarşılaşmada start heyətində meydana çıxacağı gözlənilir. Mikels “BBC World Service”ə açıqlamasında İngiltərə klubuna olan marağından və “Old Trafford”da oynamaqla bağlı gözləntilərindən danışıb:
"İmkan olduqca “Mançester Yunayted”in hər oyununa baxıram. Düşünürəm ki, bizim üçün ən yaxşı püşk idi. “Old Trafford”da oynayacağımız üçün bu, daha da möhtəşəmdir. “Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir. Bu stadionda meydana çıxmaq qürurverici an olacaq.
Çempionlar Liqasına yüksəlmək “Sabah” üçün tarixi nailiyyətdir. Liqa mərhələsinə “Old Trafford”da başlamağımız bunu daha da həyəcanlı edir. Amma ora yalnız atmosferdən zövq almaq üçün getmirik. Mübarizə aparmaq və həm klubumuzu, həm də Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək istəyirik".
Mikels Çempionlar Liqasında “Sabah”ın qarşılaşacağı digər güclü rəqiblər barədə də fikirlərini bölüşüb. O, bütün oyunların xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Çempionlar Liqasındakı hər oyun özəl olacaq. Çünki Avropanın ən yaxşı komandaları və futbolçuları ilə qarşılaşırsan. Təbii ki, “Mançester Yunayted” və “Barselona” tarixləri və dünya miqyasındakı nüfuzları ilə dərhal diqqət çəkir. Amma bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Hər oyun özümüzü ən yüksək səviyyədə sınamaq üçün fürsətdir"
32 yaşlı hücumçu yüksək səviyyəli rəqiblərə qarşı mübarizə aparacaqlarını və mümkün qədər çox xal toplamaq istədiklərini deyib:
"Biz hər oyunda rəqabət aparmaq və bizi bu mərhələyə gətirən keyfiyyətləri göstərmək istəyirik. Səviyyənin çox yüksək olacağını bilirik, amma özümüzə və komandamıza inanırıq. Dəyərli təcrübə qazanmaq, azarkeşlərimiz üçün unudulmaz anlar yaratmaq və mümkün qədər çox xal toplamaq istəyirik. Bu fürsətdən maksimum yararlanmaq, çətinlikdən zövq almaq və komanda kimi inkişaf etmək istəyirik. Xallarla qayıtmaq və hər rəqib üçün çətinlik yaratmaq əsas hədəfimizdir".
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video