Azərbaycan Region Liqasında 3 mövsüm mübarizə aparan “Lənkəran” klubu növbəti dəfə də bu çempionatda mübarizə aparmaq niyyətindədir.
QOL.az xəbər verir ki, bunu klubun prezidenti Rəhman Abasov yeni mövsümlə bağlı media nümayəndələri ilə görüşdə bildirib:
“Müraciətin əsas səbəbi “Lənkəran”ın gələcək fəaliyyəti ilə bağlıdır. Klub 2023-cü ildən fəaliyyət göstərir. Son ilə qədər mübarizə apararaq 2 dəfə 1/4 mərhələyə qədər irəliləmişik. Bizim sponsorumuz yoxdur. Öz əziyyətimizlə bura qədər gəlmişik. İşçilərimiz, futbolçularımız, həkimlərimiz maliyyəsiz işləyir. Özlərinin ayrı peşəsi olsa da, bölgə futbolu üçün bizimlə bu yola çıxıb. Komandanın lisenziyasının müddəti bitib.
Gələcək fəaliyyətimizi davam etdirmək üçün sponsora ehtiyacımız var. Bizneslə məşğul olan şəxslərə, iş adamlarına bununla bağlı üz tuturuq ki, bölgə klubunu irəli aparaq. 3 ildir hər kəs mübarizə aparır. Zədələr alanlar olub, “Bioloji Təbabət” klinikası Masallıda tibbi dəstək ediblər. Vəziyyət ağırdır, sponsor axtarırıq.
Mən klub rəhbəri kimi xərcləri ödəmişəm. Məşqçilər, futbolçular, həkimlər gəlir gözləmədən çalışıb ki, “Lənkəran” futbolu inkişaf etsin. Bu il 1/4 mərhələyə qədər irəliləyən sponsorsuz tək komanda idik. Futbolun İnkişafı Fonduna müraciət etmək üçün 2-ci Liqada çıxış etmək lazımdır. Mən özüm iş adamı deyiləm. Təqaüddə olan polis işçisiyəm. Lənkəranda, həmçinin, digər bölgələrdə səfərlər edirəm. Məndən hər dəfə "Lənkərana futbol nə zaman qayıdacaq?" deyə soruşurlar".
"Lənkəran"ın rəhbəri fəaliyyətini dayandıran "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimova müraciət etdiklərini də bildirib:
"Bizim elə bu həftə müraciətlərimiz olub. “Palmali” və Lənkəranda fəaliyyət göstərən bir neçə şirkətə müraciət etmişik.
Futbol elə bir sahədir ki, maliyyə nə qədər çox olsa, yaxşı olar. Biz büdcəsiz böyük işlər görmüşük. Heç bir kəs nə maaş, nə də büdcə almayıb. Yol, forma, qidalanma xərclərini özüm qarşılamışam. Futbolçularla birlikdə hərəkət etmişik. Ötən il bir matçda məğlub olmuşduq. Mən müavinə tapşırmışdım ki, uşaqların qidalanması təşkil olunsun. Daha sonra öyrəndim ki, uşaqlar həmin yeməyi yeməyiblər ki, bunu biz haqq etmirik.
Ötən ildən biz Lənkəran Olimpiya Kompleksində çıxış edirik. Dəyərini deyə bilmirəm. Hazırda ora icarəyə verilir.
Əgər maliyyə yardımı olmasa, biz yəqin ki, fəaliyyətimizi dayandıracağıq. Son tarix 17 sentyabrdır. Bu tarixə qədər gözləyəcəyik.
Biz bu yola Lənkərana futbolu qazandırmaq üçün çıxmışıq. Bu yaxınlarda bölgədə şəhidlərin xatirəsinə 11x11 futbol turniri keçirilib. Bizdə uşaq futbolunun təməli hazırdır. Mən buradan AFFA-ya təşəkkür edirəm. Bölgələr üzrə məşqçi kursları keçirib. Bu sayədə bizim də məşqçilərimiz C kateqoriyası alıb. Müraciətlərimizə mənfi cavab verilməyib. Region Liqası dedikdə tək Lənkəran başa düşülmür. 1/4 mərhələyə qədər irəliləyən komandalara lisenziya verilib. Bunun bizə çox böyük yardımları oldu. AFFA-nın hansısa klubun qarşısında mane yaratdığını görməmişəm. Əgər komanda sayı artıq olsaydı, iştirak hüququ həmin komandalara verilsəydi, biz yenə də buna etiraz etməzdik. Əsas bölgə futbolu inkişaf etsin. Ciddi danışıqlara son mövsümdə başlamışdıq. Artıq 3-cü ildir ki, fəaliyyətimiz davam edir. Bu səbəbdən biz sponsorluq üçün iş adamlarına müraciət etdik. Bank hesabımıza cəmi 417 manat köçürüldü. Hələ ki, heç bir müraciətimizə müsbət cavab almamışıq.
Mən “Xan Lənkəran” komandasında müavin işləmişəm. Daha sonra U-17 komandasında fəaliyyət göstərirdim. Həmin ilin oktyabrında isə yollarımızı ayıraraq, “Lənkəran” klubunu yaratdım.
"Xan Lənkəran" təlim-məşq toplanışını Antalyada keçirib. Hətta klub prezidenti Pərviz Hüseynov futbolçulara əlavə maaş da verib. Region Liqasında 3 il iştirak limiti var.
Bizimlə işləmək istəyən iş adamlarının, biznes sahiblərinin, şirkətlərin marketinqinin inkişafı üçün bizim də təkliflərimiz var. Bu klub tək mənim deyil, hər kəsindir".
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi