AFFA xaricdəki azərbaycanlı futbolçular üçün məlumat bazası yaradır

AFFA xaricdəki azərbaycanlı futbolçular üçün məlumat bazası yaradır
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2026 / 20:31 308
-  A +

AFFA xaricdə yaşayan və futbol oynayan azərbaycanlı futbolçularla bağlı məlumatların toplanmasına başlayıb.

QOL.az xəbər verir ki, AFFA-nın məlumatına görə, federasiya 2006-2015-ci il təvəllüdlü, əsasən Avropada yaşayan futbolçular barədə məlumat bazası yaratmağı planlaşdırır.

Toplanacaq məlumatlar arasında oyunçuların yaşı, yaşadığı ölkə, çıxış etdiyi klub və liqa, həmçinin daha əvvəl regional, əyalət, milli və ya seçmə komandalara dəvət alıb-almadığı yer alacaq.

Layihənin əsas məqsədi xaricdə futbol oynayan azərbaycanlı futbolçuları müəyyənləşdirmək, onların inkişafını izləmək və perspektivli oyunçularla əlaqə yaratmaqdır.

Məlumatların AFFA-nın Futbolun İnkişafı Departamenti vasitəsilə toplanacağı bildirilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner