Renat Dadaşovun yeni klubu açıqlandı

Renat Dadaşovun yeni klubu açıqlandı
ÖLKƏ FUTBOLU 10 Sentyabr 2026 / 10:32 748
-  A +

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu “Bukovina”ya keçib. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi Dadaşovla 1+1 illik müqavilə imzalayıb. O, yeni komandasında 9 nömrli forma ilə oynayacaq.

Qeyd edək ki, son olaraq Polşada "Motor" klubunda çıxış edən Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da oynayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner