Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil

Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
DÜNYA FUTBOLU 10 Sentyabr 2026 / 16:49 465
-  A +

Xorvatiya kubokunun 1/16 finalında keçirilən “Bedem” – “Dinamo” (Zaqreb) matçında meydan sahiblərinin kapitanı Draqo Lovriç sosial şəbəkələrdə gündəm olub.

QOL.az xəbər verir ki, 30 yaşlı müdafiəçi nəhəng bədən quruluşu və sərt görünüşü ilə diqqət çəkib.

Onun fotoları qısa müddətdə Xorvatiya mətbuatında və sosial şəbəkələrdə geniş yayılıb. Amma 5-ci liqada çıxış edən “Bedem”in kapitanının zəhmli görünüşü komandasını güclü rəqib qarşısında məğlubiyyətdən xilas etməyib. Zaqreb “Dinamo”su görüşdə 4:0 hesabı ilə qalib gəlib. Lovriçin futbol meydanından kənardakı işi də maraq doğurub. Bildirilir ki, o, gündəlik həyatında avtomobil satışı ilə məşğuldur.


Qarabağ FK
Son xəbərlər
topaz banner