Coy-Lens Mikels: “Öz oyunumuzu bütün dünyaya göstərmək istəyirik”

Coy-Lens Mikels: “Öz oyunumuzu bütün dünyaya göstərmək istəyirik”
ÇEMPİONLAR LİQASI 10 Sentyabr 2026 / 00:26 417
-  A +

"Öz futbolumuzu oynamağa çalışacağıq. Bilirik ki, çətin olacaq".

QOL.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

32 yaşlı hücumçu yaxşı oyun nümayiş etdirəcəklərinə inandığını söyləyib: “Baş məşqçimizin də dediyi kimi, indi Çempionlar Liqasındayıq. Daha əvvəl heç vaxt Avropa turnirlərində çıxış etməmişik. Amma oyunumuzu göstərmək üçün özümüzə çox inanırıq və bunu bütün dünyaya nümayiş etdirmək istəyirik”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner