"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib

"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
XƏBƏR 10 Sentyabr 2026 / 12:52 602
-  A +

"Qarabağ" komandasının sabiq futbolçusu Hüseyn Əhmədov vəfat edib.

Bu haqda QOL.az saytına Ağdam klubunun kapitanı olmuş Səttar Əliyev məlumat verib. "Saşa" ləqəbli sabiq qapıçı 77 yaşında Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

1949-cu ildə Ağdam rayonunda anadan olmuş H.Əhmədov 1970 və 80-ci illərdə "Qarabağ" komandasında çıxış edib.

Bir vaxtlar "Neftçi", "Avtomobilçi"də də oynayan H.Əhmədov 1988-ci ildə "Qarabağ" komandası ilə birgə Azərbaycan çempionu adını qazanıb. 

Allah rəhmət eləsin!


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner