"Qarabağ”ın bu mövsüm Avroliqada məğlubiyyətə uğratdığı yeganə komanda “Bode Qlimt” olmuşdu. Özü də səfər meydanında.
Təəssüf ki, sonradan Ağdam təmsilçisi bu uğurun davamını gətirə bilmədi və yarışı elə qazandığı bu 3 xalla da başa vurdu - həm də acınacaqlı fakdır ki, sonuncu 36-cı yerdə.
Bu bərbad nəticə komanda üçün bir imtahan oldu. Yəqin ki, baş məşqçi Qurban Qurbanov və məşqçi heyəti yeni mövsümə yeni qanla - yeni “Qarabağ”la daxil olacaqlar. Ümid edək, bununla həm də əvvəlki uğurlarını bərpa edəcəklər.
Bizə isə indi yalnız gözləmək qalır - əvvəlcə heyətə yaxşı əl gəzdirilməsini, müdafiənin, yarımmüdafiənin, ən çox da hücumun düzəldilməsini, sonra da avrokubokların başlamasını.
Hə, “Qarabağ”ın Avroliqada udduğu yeganə komanda “Bode Qlimt” oldu. Amma bizimkilərdən fərqli olaraq, Norveç təmsilçisi Avroliqada sonradan da əcdadları vikinqlərə xas mübarizliklə döyüşdülər, yarışı 9-cu yerdə başa vurub pley-off-a vəsiqə qazandılar. “Pley-off”da Niderland təmsilçisi “Tvente”ni üstələyib (cavab matçı 5:2, ilk oyun 1:2) 1/8 finala yüksəldilər.
1/8 finalın ilk oyunu da Bode təmsilçisi üçün əla sonluqla yekunlaşdı. 56 yaşlı Kyetil Knutsenin komandası dünən “Olimpiakos”u öz meydanında 3:0 hesablı ağır məğlubiyyətə uğradaraq 1/4 finalı özünə daha da yaxınlaşdırdı.
“Qarabağ”ın başqa bir tanış rəqibi olan Yunanıstan superliqasının hazırkı lideri bizimkilərin avrokubokdakı hələlik ən sonuncu rəqibi olub. Onlar da “Qarabağ”ı 3:0 hesabı ilə udmuşdular.
Bəli, “Bodo Qlimt” nəinki 1/4 finalın bir addımlığındadır, həm də Avroliqada bugünə qədər 36 komandanın hamısından çox qol vurub - 23 dəfə. Hücumçusu Kasper Heq isə 6 qolla bombardirlərin TOP-5-liyinə düşüb.
Beləliklə, “Bodo Qlimt” - cəmi 48 min əhalisi olan Norveçin kiçik şəhərinin komandası yaxşı oyunu, hücum futbolu, bol qolları ilə bu mövsüm Avropa futbolunun alqışını və rəğbətini qazanmaqdadır.
Necə ki, ötən mövsüm bunu bizim “Qarabağ” da edə bilmişdi və bu, nağıl deyil idi.
Davamı yenə və niyə də olmasın?
Aydin Bağırov
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu