Xüsusən də İdman Nazirliyi.
Ona görə İdman Nazirliyi ki, ölkədə uşaq futbolunun ağır durumda olmasına görə günahkar təkcə AFFA və klublar deyil.
Keçək mətləbə.
Rəşad Sadiqova.
R.Sadiqov milli komandamızın, “Neftçi”nin və “Qarabağ”ın liderlərindən olub. Hazırda Ağdam klubunda U-17 komandasının baş məşqçisidir.
Onun Azərbaycanda uşaq futbolunun durumu ilə bağlı sportinfo.az saytına verdiyi müsahibəni oxuyub kədərlənməmək mümkün deyil.
Müsahibədə Sadiqov Azərbaycanda uşaq futbolundakı böhrandan haqlı olaraq narahatlıqla danışıb. Gənc və yeniyetmə futbolçularımızın itib-batmasından tutmuş, valideyn-məşqçi münasibətindəki problemlərə, akademiyaların yoxluğuna qədər bir çox aktual problemə toxunub.
Təəssüf ki, illərdir bu köklü problemi yalnız 3-4 futbol mütəxəssisi və elə o sayda idman jurnalisti gündəmə gətirir. Amma bunu həll etməli olanlar - həmin o İdman Nazirliyi, həmin o AFFA və həmin o klublar isə ağızlarına su alıb oturublar. Görünən də budur ki, onlara futbolumuzun sabahı tamamilə əhəmiyyətsizdir.
Hamısı yayxanıb rahat kreslosuna, zərbə isə bizim balalarımıza, nəticədə futbolumuzun gələcəyinə dəyir.
Futbolumuza canıyananların çoxu isə aşağı yaş liqaların oyunlarına getmədiklərindən problemin dərinliyindən bixəbərdir. Odur ki, R.Sadiqovun futbolun və futbolçunun düşməni olan süni meydançalarla bağlı söylədiklərini olduğu kimi yayımlayırıq ki, vəziyyətin nə qədər ciddi olduğuna az da olsa işıq sala bilək.

Rəşad Sadiqov deyir: “Meydançaların durumu bizi çox yorur. Vəziyyət bərbad yox, biabırçılıqdır. Sanki həmin meydanlarda futbolçuları şikəst etmək üçün bilə-bilə oynayırıq. Buna başqa ad tapmıram. Xırdalanda Abşeron Olimpiya Kompleksinin futbol meydanı var, orada oynamaq futbol adına faciədir. Adı futbol meydanıdır, amma asfaltdır. U-17, U-19 kimi komandaların futbolçuları əsas komandaya yüksələcək yaşdadırlar. Onlar niyə asfaltın üstündə oynamalıdır? Təsəvvür edin, orada oynayanda, uşaqlar buts yox, idman ayaqqabısı geyinir. İcazə vermirəm butsla oynamağa. Butsla oynasa, zədələnəcək, məhv olub gedəcək.
“Zirə”nin akademiya komandaları isə rəqiblərini Şağan Olimpiya Kompleksində qəbul edir. Ora da bərbaddır, faciəvi durumdadır. “Şəfa”nın 4-cü meydançası deyilən yer, pis gündədir. 10-12 komandanın 5-6-sının meydanı biabırçı vəziyyətdədir. Biri var qazonun hansısa problemi ola, göz yumasan. Biri də var meydan adına heç nə yoxdur, asfaltdır. Hər dəfə hansısa oyundan sonra mütləq kimsə zədələnir. Bir bu deyil axı”.
İndi əslində cavabı bəlli olan suallar yaranır.
Bir. Azərbaycanda Olimpiya İdman kompleksləri kimin balansındadır?
Ay sağ olun. Gənclər və İdman Naziriyinin. Deməli, orada meydançaların bərbad durumunun birbaşa səbəbkarı da məhz bu qurumdur.
İki. Büdcədən Olimpiya komplekslərinin saxlanması üçün ayrılan pullar ki var, bax, o pullar hara xərclənir?
Üç və dörd. Azərbaycanda uşaq futbol liqalarının təşkilatçısı AFFA-dır. Növbəti suallar isə bu qurumadır. Həmin asfaltın üzərində oyun keçirməyə niyə və hansı mənəvi kretiriyaları əsas götürərək icazə verirsiniz? Dəli olmusunuz?
Beş. Niyə illərdir, Sadiqovun təbirincə ifadə etsək, uşaqlarımızı şikəst edən meydanlarda oyun keçirməyə göz yumursunuz?
Madam ki, İdman Nazirliyinin, AFFA-nın, klubların uşaq futboluna çatanda pulu “qurtarır”, o zaman sevimli əcnəbi kadrlarının ciblərini doldurmağı dayandırsınlar. O vəsaiti də ayırsınlar öz azərbaycanlı uşaqlarımız üçün 3-4 normal meydança yaratmağa.
Yoxsa…
… Təəccüblənməyin böyüklü-kiçikli milli komandaların bu nəticələrinə.
Çünki nə olmalıydısa onlar olur və bundan sonra olacaq da.
Aydın Bağırov
Email: [email protected]
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu