Futbolu olmayan ölkənin komandası futbolu olan ölkənin komandasına qalib gəlir.
Qurban Qurbanovdan, mərhum Böyükağa Hacıyevdən sonra nəhayət, üçüncü azərbaycanlı məşqçi də avrokuboklarda “pley-off”a qədər gəlib çıxır.
Hələlik ən azı “pley-off”a qədər deyək.
Azərbaycan və Xorvatiya klublarının duelində bizim Rəşad Sadıqovun “Zirə”si “Osiyek”lə həm birinci oyundakı 90 dəqiqədə, həm ikinci görüşdəki 120 dəqiqədə - yəni düz 210 dəqiqə xarakter göstərib qələbəni dişiylə-dırnağıyla qazanır.
Və onda Rəşadın futbolçu kimi karyerasının ən parlaq dövrü ani olaraq gözümün önündən keçir. Məşqçi Rəşad elə bil futbolçu Rəşadın ruhunu yaxın-uzaq 2000-ci, 2010-ci illərdən “Osiyek”lə oyuna gətirib çıxarmışdı. “Zirə”nin hər bir futbolçusu dünənki matçda mənə bax həmin o Rəşadı xatırlatdı: “Turan”da istedadı ilə zirvəyə can atan, “Neftçi”də yüksəlişə başlayan, “Qarabağ”da isə artıq istədiyi o mərtəbəyə gəlib çatan Rəşada…

Qapıçı Tyaqodan tutmuş hücumçu Volkova qədər…
Ən kritik situasiyada 4 penalti qaytarmaq - Tyaqo bunu bacardı.
90 dəqiqə meydanda az qala gəzib yekunda bir əla qolla komandasını məğlubiyyətdən qurtarmaq və ona qələbə yolunun qapısını açmaq - Volkov elə bil məhz “Zirə” üçün yaranıb.
Gürcü futbolçu ilə onun hücumdakı həmkarı Utziq artıq Konfrans Liqasında hərəyə 3 qol vurublar. KL-dəki 4 oyuna 6 qol..
Məgər, “Zirə”nin tənqid edilən “müdafiə futbolu” belə olur?
Baxıram, futboldan bixəbər bəzi insanlarımız bu qələbəni ancaq legionerlərin adına çıxmağa uğursuz cəhd edirlər. Elə isə “Osiyek”lə matçda meydanda canlarını qoyan azərbaycanlı balalarının -
və sırf Azərbaycan futbolunun yetirmərinin ad-soyadlarını bir-bir yazım: Qismət Alıyev, İsmayıl İbrahimli, Hacıağa Hacılı, Ceyhun Nuriyev, Məqsəd İsayev.

Qismətin hər oyun mübarizə əzmi yaxşı mənada heyrət doğurur. Müdafiəçidir, amma hücumçu da demək olar. Həm arxa, həm orta, həm də ön xəttə yorulmadan güclü dəstək verir.
Bəli, əsl kapitanlar təsadüfən seçilmir.
Dayaq yarımmüdafiəçisi İsmayıl “Zirə”də daha da artırıb, komandanın onurğa sütünuna çevrilir. Hacıağa da sonradan oyunlara yaxşı qoşulur, boşluq vermir.
Ceyhun… “Osiyek”lə birinci oyunda zəif çıxış etdi, az tənqid olunmadı. Dünən ehtiyatda idi, sonradan oyuna daxil oldu, matçın son dəqiqələrində məhz o, əmzkarlıq, dirəniş göstərib topu ələ keçirdi, Volkova ikinci mühüm qolun ötürməsini etdi. Deməli, xarakteri var, üzərində işləməyi və haqlı iraddan nəticə çıxarmağı bacarır. Belə oyunçular böyüyə bilirlər…
Məqsəd və dünən oyuna daxil olmayan digər azərbaycanlı oyunçularımız…
Bu oyunçular hamısı futbolu olmayan ölkənin oynaya bilən futbolçularıdır.
Və nəhayət, bu qələbənin memarı - daha bir azərbaycanlı Rəşad Sadıqov… Bu qələbəni qazanan adam.
İşi düz görəndə, iş qabiliyyətli və peşakar insana tapşırılanda futbolu olmayan ölkədə belə yaxşı futbol komandaları yaranmağa başlayır.
“Qarabağ” kimi.
Bəlkə də artıq elə “Zirə” kimi…
Sonda.
Bu siyahıya “Sabah”ı da əlavə etmək istərdim. Amma son iki mövsüm Konfrans Liqasının ilk oyunlarına yaxşı başlayıb, sonra da həm avrokubok, həm də daxili liqada uğursuzluğu sıralayana bir ad vermək olar:
Bir atımlıq barıt!
Aydın Bağırov
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu