Başlanğıcda qeyd edim ki, mənim futbol tribunasından heyrətedici və bir toplum adına qürurverici səhnə barədə qeydim olacaq. Bir az səbr edib, yazının sonunu gözləyin.
İndi isə gedək Hamburqa.
Almaniyanın əhalisinə görə (rəsmi olaraq 2 milyona yaxın) ikinci ən böyük bölgəsinə.
Bu günlər keçirilən Avro-2024-ün oyunlarını qəbul edən ölkənin 10 şəhərindən biridir bura. Di gəl ki, futbol ab-havası qətiyyən hiss olunmur. Oyuna da cəmi 1 gün qalıb. Çexiya - Türkiyə oyununa.
Hamburq küçələrini gəzərkən məndə sual yaranır: doğrudanmı bu şəhərdə də böyük bir yarışın oyunları təşkil olunur?
Oxşamır. Hiss olunmur.
Mənim üçün bu təəccüblü ab-havanı isə sonradan az da olsa yalnız şəhərin mərkəzi meydanında quraşdırılan turnirin və iştirakçı 24 ölkənin bayraqları pozur.

Və birdən həmin o mərkəzi meydanda yan-yana böyük masaların düzülməsi diqqətimi çəkir. Yəqin fan-zonadır. Sabah stadiona gedə bilməyən yüzlərlə insan da məhz buradan oyuna baxacaqlar deyə düşünürəm. Amma Karlın sözləri yanıldığımı göstərir. Karl mənə ilk dəfə içəcəyim “Astra” adlı yerli pivəni bokala süzən barmendir. Bu orta yaşlı pota alman deyir ki, ser, nə fan-zona, burada sabah uşaqlar arasında şahmat yarışı keçiriləcək...
Eyni gündə həm şahmatı, həm də futbolu bir araya sığdıran şəhər.

Amma ertəsi səhərdən etibarən Hamburqda artıq futbolun, daha doğrusu, türklərin nəfəsi duyulmağa başlayır. Əllərində ay-ulduzlu bayraqlarla şəhəri dolaşmaqla, maşınla dövrə vurmaqla sanki axşamkı qələbənin müjdəsini verirlər. Artıq sonra, stadionda ikən onların sayını da təxmini müəyyənləşdirmək olur: 40-45 min. Çexlər də çoxdur, amma əlbəttə, türklərdən 2-3 dəfə azdır.

Bu çoxluq, daha dəqiqi, izdiham isə matç öncəsi “Folksparkştadion”un ətrafında daha güclü hiss olunmağa başlayır. Minlərlə fanatın “Türkiyə, Türkiyə” sədaları əzəmətli bir mənzərə yaradır. Və bu anda səfər yoldaşlarıma deyirəm ki, İstanbula xoş gəlmisiniz…
Səfər yoldaşlarım.
Bakıdan 6 nəfər tanınmış media nümayəndəsi Hamburqdadır. Səfərimiz Türkiyənin onlayn alış-veriş şirkəti olaraq brend markasına çevrilən “Trendyol”un dəvəti ilə baş tutub. Fürsət düşmüşkən, başda şirkətin prezidenti Çağlayan Çetin olmaqla, əməkdaşları İrem və Melis xanımın, Hakan bəyin, Dünya bəyin, Azərbaycan nümayəndəliyindən Süheylə xanımın yüksək qonaqpərvərliyini, göstərdikləri nəzakət və kübarlığını, səfərin təşkilatı işlərini peşəkarlıq və dəqiqliklə həyata keçirən Dinçer bəyin, Özge bəyin fədakarlığını minnətdarlıqla qeyd etməliyəm. Bir ölkəyə bağlılıq, sevgi həm də belə vətənsevər insanların sayəsində daha da güclənir.
Vətənsevər insanlar.
Hamburqda onların kütləvi toplaşdığı bir məkan da vardı. 57 min tamaşaçı tutumu olan həmin o “Folksparkştadion”. Burada onminlərlə türk komandaları meydana girdiyi ilk andan oranı tərk etdiyi son saniyəyə qədər Vətəni, Bayrağı necə sevmək olur, bax, onun parlaq bir nümunəsini göstərə bildilər.
Türkiyə milli komandası həm də bu böyük və inanılmaz dəstəyin sayəsində Çexiya üzərində qələbə qazanaraq qrup ikincisi kimi 1/8 finala vəsiqə qazandı. Və o qələbədən sonra nə oldu?
Yuxarıda qeyd etdiyim heyrətrdici və qürurverici mənzərə yarandı. Baxın, bu videoya.
Oyun bitən kimi onminlərlə türk bir ağızdan “Bir başqadır, mənim məmləkətim” adlı mahnını oxuyur…
Bəli, bir başqadır Türkiyə. Bir başqadır bu məmləkət. Və o məmləkət həm də bizimkidir…
Aydın Bağırov,
Hamburq-Bakı
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu