Bu qadağa nədən ibarətdir, niyə olub və niyə olmamalıdır kimi suallara gəlməzdən əvvəl kanalın 5 ilə yaxın müddətdəki fəaliyyətinə ötəri də olsa, toxunmalı olacağam.
“CBC Sport” ilk gündən bizim publikanı, fikrimcə, ən çox onunla özünə cəlb etdi ki, əməkdaşlarına efirdə azad bir mühit verdi. “İdman Azərbaycan”da isə belə bir mühit geniş anlamda yox idi. Halbuki o kanalda neçə-neçə istedadlı jurnalist vardı, indi də var. Onların potensialını açması üçün meydan (yer) vermək əvəzinə isə bəzi ağıllılar efiri mal-qara yarışları ilə doldururdular. Ölkə idmanında müsbəti və mənfisi ilə müzakirə olunası nə qədər mövzu dura-dura. Soruşan da yox idi, dananın şıllaq atması Azərbaycanda kimə lazımdır?
“CBC Sport”sa belə əhəmiyyətsiz yarışlarla (bizim üçün) efiri doldurmaq yolunu tutmadı. Tutması da gülünc olardı. “İdman”dan azı 10 dəfə az büdcə, daxma boyda bir studiya və 30-40 əməkdaşın da yığışdığı 100-150 kv.metrlik kiçik bir zal... Yəni “CBC Sport” efir məkanına belə məhdud imkanla gəlib. Amma peşəkar heyət yaratdı. Süjetə, başqa çəkilişlərə görə rüşvət almaq kimi Azərbaycan efir məkanına xas olan yazılmamış qaydanı cilik-cilik elədi. Pul “zakazı” ilə işləməyən təmiz bir kanala yaxın imic yaratdı. Azərbaycan çempionatının yüksək səviyyədə yayımını, səviyyəli verilişlər, debatlar təşkil etdi. Bu azad mühitin sayəsində məktəbə çevrildi. Son 5 ildə “CBC Sport” neçə-neçə yaxşı şərhçilər yetişdirib. Bu və deyilməyən onlarla nümunəvi başqa fakt həmişə müsbət məqam kimi qeyd olunmalıdır.
Amma...
Artıq o dediyimiz azad mühiti uzun müddətdir “CBC Sport”un efirində görmürük. Oyunların şərhlərində, verilişlərdə futbolumuzdakı problemlərin deyilməsi, göstərilməsi səviyyəsi kəskin səviyyədə aşağı düşüb. Hər nə qədər futbolu yaxından bilən, sağlam təhlil edən peşəkar insanlar olsalar da, efirdə daha çox eyni simaları, qonaqları görürük. Amma problem qətiyyən bu deyil. Odur ki, kanalda futbolla bağlı tənqid xeyli azalıb. Bu, bütövlükdə həm ölkə futbolundakı duruma, həm də klublara münasibətə aiddir.
Bütün bunlar səbəbsiz də deyil. Əlbəttə, kanal özü də fərqindədir ki, bir verilişin də, kanalın da nüfuzu ancaq tərif yağdırmaqla qalxa bilməz. Problemi demək, göstərmək qaçılmazdır. Amma bir çox halda “CBC Sport” rəhbərliyinin iradəsindən kənar olaraq, bəzi hallarda isə onların da buna etiraz etməməsi səbəbindən son bir ildə neçə-neçə müstəqil fikirli futbol adamı efirə dəvət olunmur. Daha dəqiqi, futboldakı problemləri söyləyən şəxslərə qadağa tətbiq edilib. Qərarın arxasında isə AFFA və bu qurumun kinli, “monopolist” mətbuat katibi dayanır. Sırf buna görə efir olub bomboz. Geniş auditoriyaya lazım olmayan ümumi, quru müzakirələr daha da çoxalıb. Bu, heç şübhəsiz, bir çox baxımlı verilişin də, ümumiyyətlə, kanalın özünün də reytinqinin aşağı düşməsinə gətirib çıxarıb.
“CBC Sport” birbaşa AFFA-dan maliyyələşir. Reallıqda qurumun onlara sifariş verməsi də başadüşüləndir. Lakin futbol balaca şəxsi şirkət deyil ki, daim oradakı problemi gizlədəsən. Bu qədər kütləvilik var, bizdə hər oyunu yüzminlərlə insan izləyir. Hər şey eşidilir, hər incəlik görünür. Və o problemlərə efirdə hətta üstüortülü də olsa toxunmayanda, yaxud onu malalayanda əlbəttə kanalın nüfuzu zədələnməyə başlayır və başlayıb da. Bu isə tək “CBC Spor”un deyil, özünün indiyə qədərki uğurlu proyektlərindən birinin timsalında elə AFFA-nın da media gücünün zəifləməsi deməkdir. Bəlkə də elə AFFA-nın görmək istədiyi kanal da belədir.
Amma tamaşaçının görmək istədiyi “CBC Sport” yüz faiz bu deyil. Belə olmur. Olmamalı idi.
Çünki "CBC Sport" "İdman Azərbaycan" deyil.
Aydın BAĞIROV
[email protected]
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov