AFFA-nın İntizam Komitəsinin fevralın 25-də açıqladığı qərarda diqqətimi bir məqam çəkdi. Uşaq liqalarında ayrı-ayrı komandaların ümumən 4 məşqçisi hakimləri təhqir etdiyinə görə cəzalandırılıblar. Son bir ayın statistikası daha xaotikdir: düz 9 məşqçi söyüş söydüyünə görə (ya hakimləri, ya da bir-birilərini) meydandan qovulub. 2019-cu ilin noyabr və dekabrında isə 13 məşqçi eyni səbəbdən cəzaya məruz qalıb. Yəni son 4 ayda təkcə AFFA-nın qeydə aldığı 22 belə fakt olub. Bu, bizim futbolun bünövrəsinin istedad və bacarıq yox, təhqir üzərində qurulduğunun rəsmi təsdiqi, acınacaqlı etirafıdır.
Daha pisi isə odur ki, liqaların adından da göründüyü kimi bütün bunlar oğlan-qız demədən, uşaqların yarışdığı çempionatlarda baş verib. Onların sırasında hətta “Qarabağ”, “Keşlə”, “Zirə” kimi peşəkar klubların nümayəndələri da olub. Təəssüf ki, klubları tərəfindən məşqçilərinə qarşı heç bir inzibati tədbir görülməyib. Çünki “Qəbələ” və “Sabah”dan başqa, Premyer Liqamızdakı digər 6 klub uşaq məktəblərini, sadəcə, başlı-başına buraxıblar. Yuxarıdan (rəhbərlik, A komandaların baş məşqçiləri) nəzarət yox səviyyəsindədir deyə, aşağıdakılar idman və mənəvi qaydaları kobud şəkildə pozmaqda davam edirlər.
Normal futbol ölkələrində məşqçilərin belə hərəkətləri nəinki yolverilməzdir, buna görə ciddi cəzalar da nəzərdə tutulur. Bizim futbol qurumunun çıxardığı qərarlar isə (3, maksimum 5 oyunluq cəza) yumşaqdır. Yaxşı olardı ki, AFFA-nın uşaq futboluna cavabdeh bölmələri təhqirə yol verən məşqçilərə münasibətdə cəzaların sərtləşdirilməsi ilə bağlı İntizam Komitəsi qarşısında məsələ qaldırsınlar. Çünki indi baş verənlər futbolumuzu yalnız qaranlıq gələcəyə aparır. Təsəvvür edin, hər oyunda (hələ məşqləri demirəm) məşqçisindən söyüş eşidən 10-12 yaşlı uşaq sabah kişiləşib meydana çıxanda özünü necə aparacaq? Əxlaq sarıdan problemləri olan azmı Azərbaycan futbolçusu görmüşük?
Məsələ tək cəza ilə də bitmir. Dəfələrlə qeyd etmişik ki, uşaq liqalarında məşqçilərin çoxunun futbol savadında və özlərini ictimai yerlərdə (oyunlarda) aparmaq qaydalarında ciddi problemlər var. Təəssüf ki, onların əksəriyyəti (peşəkar klubların nümayəndələri xaric) attestasiyadan keçirilmədən, federasiyadan məşqşi lisenziyası almadan fəaliyyət göstərirlər. Bu isə təbii olaraq, pərakəndəliyə, nizam-intizamın ciddi şəkildə pozulmasına gətirib çıxarır. Halbuki futbolu inkişaf etmiş ölkələrdə belə hallar qəbuledilməzdir. Məsələn, 5-6 il əvvələ qədər futbolda ciddi uğuru olmayan İslandiyada UEFA-nın B dərəcəsini almayan heç bir məşqçi bu səhədə çalışa bilməzdi. Qısaca qeyd edim ki, həmin ölkənin son illərdəki uğurlu yolu həm də məşqçilərlə bağlı bu qaydaların qoyulmasından sonra başlayıb.
AFFA-nın da bu sahədə ciddi, hətta sərt qayda-qanun yaratmasının vaxtı nəinki çatıb, hətta ötüb də. Amma buna baxmayaraq, nəhayət, müvafiq addımlar atılmalıdır. Bu gün təhqirlərə yol verən məşqçilərin timsalında hamısının lisenziyalaşdırma prosesi başlamalıdır. Əks halda uşaq liqalarındakı onsuz da çox olan söyüş söymə təcrübəsi daha da artaraq kütləvi hal alacaq.
Bizə isə söyüş yox, futbol liqası lazımdır.
Aydın BAĞIROV
[email protected]
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”
Qurban Qurbanov AFFA-dan inciyib? - Rövşən Nəcəfdən açıqlama
AFFA idman qurğularına 2 milyon manatdan çox vəsait ayırıb
"İnter"dən müflis olmaq riski ilə bağlı xəbərlərə reaksiya
Vitali Borisov: “Bu, bizim üçün nüfuz oyunudur”
“Limitin ləğvi futbolumuz üçün yaxşıdır” - Maqsud Adıgözəlov
Bir mövsümdə futbol klublarımıza nə qədər pul xərclənib?
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayırlar
Salah "Liverpul"da qalır - Rəsmi
UEFA-nın Azərbaycan klublarına ödədiyi vəsait məlum oldu
Qurban Qurbanov Hesabat Konfransına qatılmadı
SOCAR ötən il AFFA-ya nə qədər vəsait ayırıb?
"Fernandu Santuşa narazılığımızı bildirdik" - Rövşən Nəcəf
"Real"ın sabiq baş məşqçisi vəfat etdi
"Çelsi"dən böyükhesablı qələbə
ÇL-də həftənin rəmzi komandası
Mbappe hələ də PSJ-dən borcunu tələb edir
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçından - Video
Ronaldodan yeni müqavilə
1-ci Liqa matçında 7 qol və 1 "qırmızı" - Video
İtaliya klublarının hədəfindədir