38 ildən sonra doğma stadionuna qayıtdı

38 ildən sonra doğma stadionuna qayıtdı
ÖLKƏ FUTBOLU 19 Noyabr 2026 / 21:01 168
-  A +

Veteran futbolçu Emin Salmanov 38 ildən sonra doğma şəhəri Xankəndiyə və vaxtilə çıxış etdiyi stadiona qayıtmağın sevincini yaşadığını bildirib.

QOL.az xəbər verir ki, Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan sabiq futbolçu “Xankəndi” - “Karvan-Yevlax” oyunu öncəsi təəssüratlarını bölüşüb:

“38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmaq çox qürurvericidir. Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik. 

Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda - heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var.”

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

topaz banner