Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı

Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
DÜNYA FUTBOLU 19 Noyabr 2026 / 16:04 137
-  A +

Ekvadorun 3-cü divizionunda çıxış edən “Syudad-de-Yantsasa” klubunun futbolçusu Con Perlasa hakim köməkçisinə hücum etdiyinə görə 8 il müddətinə diskvalifikasiya olunub.

QOL.az xəbər verir ki, hadisə oktyabrın 17-də “Rio-Aquariko” ilə matçda baş verib.

Futbolçu hakim köməkçisinə daş atıb. Daş hakimin üzünə dəyərək ciddi xəsarət yetirib. Zərərçəkən əməliyyat olunub. Onun sağalması üçün 60 günə qədər vaxt lazım ola bilər. Qarşılaşma yarımçıq dayandırılıb.

Ekvador Futbol Federasiyasının İntizam Komitəsi araşdırmadan sonra Perlasanı oyunun rəsmi şəxsinə fiziki hücumda təqsirli bilib. Futbolçu 19 oktyabr 2034-cü ilədək futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılıb.

Federasiya cəzanın bütün dünyada qüvvədə olması üçün FİFA-ya müraciət etməyi də planlaşdırır. Tələb qəbul olunarsa, Perlasa Ekvadordan kənarda da futbol fəaliyyəti ilə məşğul ola bilməyəcək.

Hadisəyə görə klub da cəzalandırılıb. “Syudad-de-Yantsasa” 2 min dollar cərimələnib, həmçinin zərərçəkmiş hakimin müalicə xərcləri üçün əlavə 4369,73 dollar ödəməli olacaq.

Qeyd edək ki, klub hadisədən üç gün sonra hakimlər briqadasından və azarkeşlərdən üzr istəyib, idmanda zorakılığın bütün formalarını pisləyib.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner