“Bavariya”nın baş məşqçisi Vensan Kompani səhhətindəki problemlərdən sonra yenidən işə qayıtması barədə danışıb.
QOL.az xəbər verir ki, belçikalı mütəxəssis klubun saytına açıqlamasında deyib:
“Ümid edirəm ki, hər şey tezliklə qaydasına düşəcək. Klubun və gecə-gündüz çalışan bütün tibbi heyətin dəstəyinə görə çox minnətdaram. Onlar mənim qayğıma qalmaq üçün əllərindən gələni etdilər.
Həmçinin işini davam etdirən və bu vəziyyətdən maksimum fayda götürməyimizə kömək edən məşqçilər korpusuna təşəkkür etmək istəyirəm.
“Atletiko” ilə oyundan çox zövq aldım. Orada olmasam da, bu, məşqçilik karyeramın ən yaxşı anlarından biri idi. Bu oyunu yaddaşımızda saxlayacağıq və gələcəkdə bizə güc verəcək. Ora qorxmadan yollandıq və meydanda əsl “Bavariya”nı gördük. Sabah komandanın yanında olacam” - deyə Kompani bildirib.
"Bavariya" noyabrın 20-də Bundesliqanın 10-cu turunda "Köln"ü qəbul edəcək.
40 yaşlı məşqçi oktyabrın ortalarında “Leypsiq”lə matçda özünü narahat hiss etmişdi. Kompani həmin görüşdən 4 gün sonra “Arsenal”la Çempionlar Liqası oyununda komandanı idarə etsə də, iki gün sonra Münhendə məşq zamanı huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi
Argentinadan 7:0-lıq qələbə
16 yaşlı futbolçu “Mançester Yunayted”dən ayrıldı
Messidən sərt tələb
“Qarabağ”ın futbolçusu millisinin qələbəsində iştirak etdi
Azərbaycan millisi püşkatmada 5-ci səbətdə - Avro-2028
Millətlər Liqasında 1/4 finala yüksələn 8 komanda
Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı