Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda

Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
BOKS 19 Noyabr 2026 / 01:14 76
-  A +

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısının hər biri mərhələ adlayıb.

Bilalhəbaşi Nəzərovun (50 kq) rəqibi Katalin Turkunun (Moldova) çəkisi artıq olduğu üçün döyüşə buraxılmayıb və boksçumuz qalib elan edilib. İkiqat Avropa çempionumuz 1/4 finalda Filip Horvatla (Çexiya) münasibətinə aydınlıq gətirəcək.

Zidan Hünbətov (55 kq) 1/8 finalda Badreddin Buraouiaya (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən təmsilçimiz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Hünbətov 1/4 finalda Nikola Maksimoviçi (Serbiya) sınağa çəkəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) 1/8 finalda Abdullah Rahalı (İsrail) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). O, Poreçdə üçüncü cəhdində Brandon Hinea Kollasosla (İspaniya) gücünü yoxlayacaq.

Nicat Alırzayev (70 kq) da adını 1/4 finala yazdırıb. Boksçumuz Edqaras Trotenskisi (Litva) 3:2 (30:27, 28:29, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. O yarımfinala gedən yolda Miloş Roqanoviçlə (Monteneqro) üz-üzə gələcək.

Son iki boksçumuzun döyüşü noyabrın 20-də, digər ikisinin görüşü bir gün sonra olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner