Qvardiolanı ABŞ millisinə dəvət etdi

Qvardiolanı ABŞ millisinə dəvət etdi
DÜNYA FUTBOLU 18 Noyabr 2026 / 21:27 113
-  A +

Maurisio Poçettino Xosep Qvardiolanı ABŞ millisinin baş məşqçisi olmağa çağırıb. 

QOL.az xəbər verir ki, argentinalı mütəxəssis ispaniyalı məşqçinin bu vəzifə üçün ideal seçim olduğunu düşünür. O, “The Telegraph”a açıqlamasında Qvardiolaya müraciət edib:

“Bu təklifi qəbul edin. Hazırda federasiyaya qoşulmaq üçün ideal vaxtdır. Hər şey düzgün istiqamətdə gedir. Əminəm ki, onun oyun üslubuna uyğun yaxşı futbolçular tapacaq. Dünya çempionatından sonra Avropada vəziyyət tamamilə fərqli olacaq. İndi ABŞ millisinin baş məşqçisi olmaq daha prestijli vəzifəyə çevrilib”.

Qeyd edək ki, Qvardiolanın namizədliyi ABŞ Futbol Federasiyasında müzakirə olunur. Lakin ispaniyalı mütəxəssisin “Mançester Siti”dən ayrıldıqdan sonra bir il fasilə vermək və heç bir təklifi nəzərdən keçirməmək niyyətində olduğu bildirilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner