Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil

Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
ÖLKƏ FUTBOLU 19 Noyabr 2026 / 18:05 179
-  A +

Yenidənqurmadan sonra Xankəndi Şəhər Stadionunda keçirilən ilk rəsmi futbol matçında təsirli anlar yaşanıb.

QOL.az xəbər verir ki, qarşılaşmada topa ilk toxunuşu 44 günlük Vətən müharibəsi şəhidi Fikrət Məmmədovun oğlu İbrahim Məmmədli edib.

Hazırda Xankəndidə yaşayan şəhid övladı meydana Xankəndi futbolunun veteranları Samir Ələkbərov, Munis Abdullayev və Emin Salmanovla birlikdə çıxıb.

Görüş I Liqanın 8-ci turu çərçivəsində “Xankəndi” və “Karvan-Yevlax” komandaları arasında keçirilib. Oyun Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner