Gəncədə anşlaq olacaq - "Qarabağ"a da böyük dəstək gözlənilir

Gəncədə anşlaq olacaq - "Qarabağ"a da böyük dəstək gözlənilir
ÖLKƏ FUTBOLU 19 Noyabr 2026 / 12:09 202
-  A +

Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz" - "Qarabağ" oyununa böyük maraq var.

QOL.az-ın əldə etdiyi xəbərə görə, yerli publika ilə yanaşı qonaq komanda Ağdam təmsilçisinin çoxsaylı azarkeşi də həmin gün komandalarının yanında olacaq.

Stadionun 15 min 343 yerlik tribunalarının həmin gün tam dolacağı gözlənilir. 

Saytımıza bəlli olub ki, matç üçün "Qarabağ"a 900-1000 nəfərlik yer ayrılıb. Qonaq komandaya məhz elə bu qədər sayda azarkeşin arenada dəstək verəcəyi ehtimal olunur. Bu, Azərbaycan çempionatında bir səfər matçı üçün yüksək göstərici sayılır.

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" matçı 22 noyabr saat 17:00-da başlayacaq.

Əlavə edək ki, Gəncə şəhər stadionunun yenidən qurulmasından sonra bu, "Kəpəz"in "Qarabağ"la ilk ev matçı olacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner