Bellinqemin “Real”dan tələbləri var

Bellinqemin “Real”dan tələbləri var
DÜNYA FUTBOLU 18 Noyabr 2026 / 21:50 169
-  A +

Cud Bellinqem “Real”la müqaviləsini uzatmaq üçün iki şərt irəli sürüb. 

QOL.az xəbər verir ki, “OK Diario”nun məlumatına görə, Madrid klubunun da ingiltərəli yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaq istədiyi bildirilir. 

23 yaşlı futbolçu illik maaşının 22 milyon avroya çatdırılmasını istəyir. Bu məbləğin Vinisiusun qazancı ilə eyni səviyyədə olacağı qeyd olunur. “Real”ın bu tələbi qəbul etməyə hazır olduğu bildirilir.

Bellinqemin digər şərti isə rəqabətədavamlı komanda qurulmasıdır. O, klubun ambisiyalarının “Real”ın statusuna uyğun olmasını gözləyir.

Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.


Qarabağ FK
Son xəbərlər
topaz banner