“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu

“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
XƏBƏR 19 Noyabr 2026 / 14:56 199
-  A +

İspaniyalı qapıçı Antonio Adan 39 yaşında peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

QOL.az xəbər verir ki, vaxtilə Madridin “Real” və “Atletiko” klublarında çıxış etmiş qolkiper bu barədə sosial şəbəkə hesablarında paylaşdığı video vasitəsilə məlumat verib.

Adan vida müraciətində futbolun ona çox şey qazandırdığını bildirib:

“Uşaqlıqda arzuladığım hər şeyi yaşamaq mənə nəsib oldu. Qələbələr qazandım, məğlubiyyətlər gördüm, ağladım, sevindim, amma hər şeydən əvvəl öyrəndim. Bu fürsəti mənə verən hər kəsə – komanda yoldaşlarıma, məşqçilərimə, mənə doğma evə çevrilən klublara və hər zaman yanımda olan ailəmə təşəkkür edirəm".

Qeyd edək ki, "Real"ın yetirməsi olan 2010-2013-cü illərdə klubunəsas komandasında çıxış edib. O, “Real”ın heyətində İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, “Atletiko” ilə isə UEFA Superkubokunun qalibi olub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner