Veteran futbolçu Samir Ələkbərov Xankəndidə futbol bayramının yaşanmasından məmnunluğunu ifadə edib.
QOL.az xəbər verir ki, Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan sabiq futbolçu “Xankəndi” - “Karvan-Yevlax” matçı öncəsi təəssüratlarını bölüşüb:
“Xankəndidə futbol bayramı yaşanır. Bu münasibətlə Azərbaycan xalqını və futbol azarkeşlərini təbrik edirəm.
Düz 40 il bundan əvvəl, elə bu ayda, Xankəndinin “Qarabağ” klubunda sonuncu oyunumu keçirmişəm. Həmin illərdə Azərbaycan komandaları ilə də qarşılaşırdıq. Gəncənin “Kəpəz”, Mingəçevirin “Avtomobilçi” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları ilə üz-üzə gəlmişik.
Sevindirici haldır ki, 40 ildən sonra iki Azərbaycan komandası yenidən Xankəndidə üz-üzə gəlir. Hər iki komandaya uğurlar arzulayıram.
Stadion tamamilə dəyişib. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. O vaxt mənim 18 yaşım var idi. Həmin anlar yenidən gözlərim önündə canlanır. Bu stadionda çox qollar vurmuşam. Onlardan biri həmişə yaddaşımda qalacaq.
“Araz-Naxçıvan” komandasına qarşı oynayırdıq. Şəhərin katibi də oyunu izləyirdi. Mənə deyirdi ki, sən qol vur, mükafatını mən verəcəyəm. Oyunun son dəqiqələri idi. Qol vurub həmin tribunaya doğru qaçdım.
Xankəndi ilə bağlı arzularım çoxdur. Məşqçi kimi burada qalıb uşaq futbolunun inkişafına töhfə verə bilərəm.”
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu
"Real"dan gedəcək?
Harri Keyn Millətlər Liqasının bombardiri oldu
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
"Zirə"nin futbolçusu millidə zədələndi