Arda Güler “Real”la yeni müqaviləsindən danışdı

Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
DÜNYA FUTBOLU 19 Noyabr 2026 / 00:21 132
-  A +

“Real”ın futbolçusu Arda Güler klubla müqaviləsini uzatmasına münasibət bildirib.

QOL.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək yeni sözləşmədən məmnunluğunu ifadə edib: 

“Real”ın formasını ilk dəfə geyinəndə böyük tarixin bir parçasına çevrildiyimi anladım. Bu gün də eyni qürur və sevinc hissini yaşayıram, lakin indi məsuliyyətimin daha da böyük olduğunu dərk edirəm.

Futbol tarixində iz qoymuş əfsanələrin yolunu davam etdirmək dünyanın ən böyük klubunda mənim üçün böyük şərəfdir. Bu formanı uzun illər geyinməyi, birlikdə yeni titullar qazanmağı və bir gün bu unikal tarixdə öz izimi qoymağı arzulayıram.

Yanımda olan hər kəsə, xüsusilə prezidentimiz Florentino Peresə, ailəmə, komanda yoldaşlarıma, klubun əməkdaşlarına, məşqçilər heyətinə və dünyanın hər yerində bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu klubun bir parçası olaraq qalacağım üçün çox xoşbəxtəm. Qarşıda bizi çox gözəl günlər gözləyir”.

Qeyd edək ki, “Real”ın Arda Gülerlə yeni müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner