UEFA Türkiyənin “Trabzonspor” klubunu azarkeşlərinin davranışlarına görə cərimələyib.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qərara əsasən, "Trabzonspor" 100 min avro cərimə ödəyəcək. Bundan əlavə, komandanın növbəti avrokubok səfər matçında azarkeşlərinə bilet satışı qadağan olunub.
Cəzaya UEFA Konfrans Liqasının ilk turunda Finlandiyada “KuPS”a qarşı keçirilən oyunda baş verən azarkeş insidentləri səbəb olub. “Trabzonspor” həmin görüşdə rəqibini 4:2 hesabı ilə məğlub etsə də, tərəfdarlarının davranışları kluba baha başa gəlib.
UEFA-nın qərarına əsasən, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və meydana yad əşyalar atması səbəbindən Türkiyə təmsilçisi 80 min avro cərimələnib. Həmçinin klubun növbəti avrokubok səfər oyununda azarkeşlərinə bilet satmasına qadağa qoyulub.
Oyuna azarkeşin daxil olması səbəbindən “Trabzonspor”a əlavə 15 min avro cərimə tətbiq edilib. Stadionda baş verən ziyana görə isə klub daha 5 min avro ödəməli olacaq.
Bundan başqa, Finlandiyadakı “Tammela” stadionunda zədələnən 13 oturacağın və meydançaya dəyən ziyanın əvəzinin ödənilməsi üçün “Trabzonspor” rəhbərliyi “KuPS” klubu ilə əlaqə saxlamalıdır.
Skaloni razılıq verdi
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”
1-ci liqa: “Şahdağ Qusar” liderliyini qoruyur
Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Kvaratsxeliya: “Niyə məhz mən?”
Azərbaycanın 7 boksçusu mərhələ adladı - Avropa çempionatı
Ayxan Abbasovdan U-15 millisinə dəstək ziyarəti - Şəkillər
"Barselona" UEFA-ya şikayət etdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Mahir Emrelininin yeni baş məşqçisi məlum oldu
Yamal Mbappenin rekordunu təkrarladı
“Sabah”a 2 qol vuran Girassidən açıqlama