“Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir” - Famil Xəlilov

“Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir” - Famil Xəlilov
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2026 / 19:30 392
-  A +

FİFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının media nümayəndələri üçün açıq məşqi keçirilib.

QOL.az xəbər verir ki, məşqdən əvvəl yığmamızın çalışdırıcısı Famil Xəlilov komandanın hazırlığı ilə bağlı fikirlərini bildirib:

“Hazırlıq prosesi plan üzrə gedir və artıq turnirə son hazırlıq mərhələsindəyik. Əsas məqsədimiz futbolçuları oyunlara tam hazır vəziyyətə gətirməkdir. Turnirin formatı bizim üçün yeni olduğundan rəqiblər barədə məlumatlarımız məhduddur. Buna görə də mövcud məlumatları təhlil edir və öz oyun planımız üzərində işləyirik.

Turnirdə əsas hədəfimiz Azərbaycanı layiqincə təmsil etmək, hər oyunda maksimum mübarizə aparmaq və mümkün olan ən yaxşı nəticəni göstərməkdir. Eyni zamanda, bu turnirin futbolçularımızın inkişafına töhfə verəcəyinə inanırıq. Oyunların Bakıda keçirilməsi də bizim üçün əlavə motivasiyadır.

İnanıram ki, komandamız üzərinə düşən məsuliyyəti dərk edir və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə hazırdır”.

Qeyd edək ki, Azərbaycan U-16 milli komandası turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner