Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bəlli oldu

Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bəlli oldu
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2026 / 19:49 466
-  A +

Bu gün FİFA Şurası Bürosunun iclası keçirilib.

QOL.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FİFA U-20 World Cup 2027”nin tarixi rəsmən açıqlanıb. 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan “Bu oyun sənlikdir” rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner