İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı

İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 21 Noyabr 2026 / 15:18 109
-  A +

"Sampdoriya" Azərbaycanın U-21 millisinin üzvü Lorenzo Mezzotero ilə yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı hücumçu ilə yeni müqavilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Lorenzo Mezzotero 2024-cü ilin yayından "Sampdoriya"nın formasını geyinir. O, cari mövsümdə B Seriyası təmsilçisi ilə 4 rəsmi matçda meydana çıxıb, 1 qol vurub.  


Qarabağ FK
Son xəbərlər
topaz banner