İmaməddin Xəlilov dünya 3-cüsü oldu

İmaməddin Xəlilov dünya 3-cüsü oldu
XƏBƏR 21 Noyabr 2026 / 12:57 81
-  A +

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında medal qazanıb.

QOL.az xəbər verir ki, idmançımız yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Qrabeni, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda meksikalı Juan Garcia ilə qarşılaşan İmaməddin Xəlilov rəqibinə məğlub olub.

Xatırladaq ki, İmaməddin Xəlilov parataekvondo üzrə Paralimpiya çempionudur.


Qarabağ FK
Son xəbərlər
topaz banner