Federasiya prezidentini yalan danışmaqda ittiham etdi

Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
DÜNYA FUTBOLU 21 Noyabr 2026 / 22:15 155
-  A +

Ukrayna millisinin futbolçusu Mixail Mudrik dopinq qalmaqalı ilə bağlı Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenkonun açıqlamalarını təkzib edib.

QOL.az xəbər verir ki, “Goal” nəşrinin məlumatına görə, “Çelsi”yə məxsus olan və hazırda “Tottenhem”də icarə əsasında çıxış edən futbolçu qurumun araşdırmanı yanlış istiqamətə yönəltməkdə və mühüm məlumatları gizlətməkdə ittiham edib.

Şevçenko isə Mudrikin nümayəndələrinin federasiya əməkdaşlarından məsuliyyəti üzərlərinə götürmələrini istədiklərini bildirmiş və futbolçudan üzr tələb etmişdi. Mudrik bunun yalan olduğunu, əlində iddialarını təsdiqləyən yazışmaların olduğunu deyib.

Qeyd edək ki, meldoniumdan istifadəyə görə 2024-cü ilin noyabrından 2026-cı ilin iyulunadək futboldan uzaqlaşdırılan Mudrik qadağan olunmuş maddənin milli komandanın düşərgəsində orqanizminə daxil edildiyini iddia edir.


Qarabağ FK
Son xəbərlər
topaz banner