Zamiq oynadı, komandası uduzdu

Zamiq oynadı, komandası uduzdu
DÜNYA FUTBOLU 21 Noyabr 2026 / 00:43 96
-  A +

Albaniya Superliqasında 12-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Skenderbeu”nun qonağı olub. 

Matç meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb. Georgios Lagonidisin 2-ci dəqiqədə vurduğu qol “Skenderbeu”ya qələbə qazandırıb. 

Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

Məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlində liderdir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner