"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov

"Bu işdə tək olmalı deyiləm" - Zaur Həşimov
PREMYER LİQA 21 Noyabr 2026 / 20:11 160
-  A +

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 12-ci turunda “Qəbələ” ilə matçı şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Oyun haqda çox danışılası bir şey yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. "Qəbələ" bizim kritik səhvdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı".

- Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsünüz?

- Şikayət etməyi sevmirəm. Amma görürsünüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular - kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq.


Qarabağ FK
Son xəbərlər
topaz banner