Meydanda zədələndi, xəstəxanaya aparıldı

Meydanda zədələndi, xəstəxanaya aparıldı
DÜNYA FUTBOLU 21 Noyabr 2026 / 20:00 186
-  A +

“Qaziantep”in müdafiəçisi Myenti Abena Türkiyə Superliqasının 13-cü turunda “Gənclərbirliyi” ilə oyunda zədələnib.

QOL.az xəbər verir ki, hava mübarizəsi zamanı rəqib futbolçu ilə toqquşan Abena başından zədə alıb. Meydanda ona uzun müddət tibbi yardım göstərilib, daha sonra futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Klub futbolçunun xəstəxanaya aparılmasının ehtiyat məqsədi daşıdığını bildirib. Onun vəziyyəti ilə bağlı ətraflı məlumatın müayinələrdən sonra açıqlanacağı qeyd olunub.

Qeyd edək ki, matç “Gənclərbirliyi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner