“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Şəfa" matç barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Əlbəttə, problemlərimiz də var. Amma bu gün qələbəyə layiq olan tərəf biz idik. “Zirə”yə məğlubiyyətdən sonra bu qələbə bizim üçün çox vacib idi".
- Kərim Rossi ötən mövsüm 10 qol vurub, bu mövsüm isə əsas heyətə düşməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?
- “Qəbələ”yə gələndə Rossinin zədəsi var idi və uzun müddət məşq etməmişdi. Bu həftə məşqlərə başlayıb. Bu gün də ehtiyatdan meydana çıxdı. Növbəti oyunlarda daha çox şans qazanacaq.
- Qarşıda “Şamaxı” və “İmişli” ilə səfər oyunları var. Süni örtüklü meydançada oynamaq sizi narahat edir?
- Əlbəttə, narahat edir. Çünki süni örtüklü meydançada oynamaq çətindir. Amma başqa seçimimiz yoxdur, orada oynamağa məcburuq. Qəbələdə də süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar verər. Bu ölkəni və çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların keyfiyyətli olması vacibdir.
- “Qəbələ”də sürətli futbolçular çox olsa da, komanda çempionatda ən az qol vuranlardan biridir. Bunun səbəbi nədir?
- Sizinlə razıyam. Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra tədricən oyun sistemini dəyişdik və qolların sayı artmağa başladı. Düşünürəm ki, zamanla daha da yaxşı olacağıq.
Olise də sıradan çıxdı
"Bavariya"ya Keyn şoku
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir