"Real" satılacaq, ya yox?

"Real" satılacaq, ya yox?
XƏBƏR 21 Noyabr 2026 / 16:25 113
-  A +

“Real”ın prezidenti Florentino Peres klubun satılması ilə bağlı yayılan məlumatları təkzib edib.

QOL.az xəbər verir ki, funksioner klubun ətrafında yaradılan süni qalmaqalların və ona qarşı yönələn tənqidlərin məqsədli kampaniyanın tərkib hissəsi olduğunu bildirib.

Peresin sözlərinə görə, son aylarda bəzi media orqanları Madrid klubunda parçalanma olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. O, bu kampaniyanın əsas məqsədinin “Real”a nəzarəti ələ keçirmək olduğunu vurğulayıb.

Klub prezidentinin sözlərinə görə, “Real”ın gələcəyi ilə bağlı qərarları yalnız onun rəsmi üzvləri – socios verə bilər və o, rəhbər olduğu müddətdə heç kimin şəxsi maraqlarını klubun maraqlarından üstün tutmasına imkan verməyəcək:

“Deyirdilər ki, klubu satmaq niyyətindəyik, socios artıq onun sahibi olmayacaqlar. Bunların hamısı yalandır. ‘Real’ satışa çıxarılmayıb. Klubun satılması məsələsi heç vaxt müzakirə olunmayıb və bundan sonra da müzakirə edilməyəcək".


Qarabağ FK
Son xəbərlər
topaz banner