"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi

"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
PREMYER LİQA 20 Noyabr 2026 / 20:51 11028
-  A +

Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.

QOL.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə start verilib.

12-ci turun ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "İmişli" "Zirə"ni qəbul edib. Qonaqlar iki qolla hesabda önə çıxsalar da, meydan sahibləri Seyxan Fərəcovun dublu ilə bərabərliyi təmin edib. Fərəcov hər iki qolu penaltidən vurub.

Digər görüşdə isə "Sabah" "Sumqayıt"ın qonağı olub. Matçda paytaxt təmsilçisi 5:1 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sabah" turnir cədvəlində liderliyə yüksəlib.

20 noyabr (cümə)

19:00.“Sumqayıt” – “Sabah” - 1:5 

Qollar: Ksander Severina, 22 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepiniça, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayev, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5)

Qırmızı vərəqə: Lukas Blek, 32 ("Sumqayıt")
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:30.“İmişli” – “Zirə” - 2:2 

Qollar: Davit Volkov, 44 (0:1), Rikardo Martins, 55 (0:2), Seyxan Fərəcov, 71-pen. (1:2), 76-pen. (2:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Yevlax şəhər stadionu

21 noyabr (şənbə)

“Şamaxı” – “Turan Tovuz” 

“Şəfa” – “Qəbələ” 

22 noyabr (bazar)

“Araz-Naxçıvan” – “Neftçi”

“Kəpəz” – “Qarabağ”

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner