Azərbaycan millisi İraqa qalib gəldi

Azərbaycan millisi İraqa qalib gəldi
ÖLKƏ FUTBOLU 20 Noyabr 2026 / 18:58 2280
-  A +

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirib.

QOL.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda yığmamız 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan (U-20) – İraq (U-20) - 2:1

Qollar: Nicat Nərimanov, 25; Şahin İbrahimov, 45 - Moamel Malik Sabah, 67

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner