İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı

İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı
XƏBƏR 22 Noyabr 2026 / 00:45 129
-  A +

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

QOL.az xəbər verir ki, paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.


Qarabağ FK
Son xəbərlər
21.11.26  09:19

"Bavariya"ya Keyn şoku

topaz banner