Puxaç darmadağının iştirakçısı olmadı

Puxaç darmadağının iştirakçısı olmadı
DÜNYA FUTBOLU 3 Oktyabr 2026 / 01:17 445
-  A +

UEFA Millətlər Liqasının B Liqasının üçüncü turu çərçivəsində Polşa yığması öz meydanında Rumıniyanı qəbul edib. 

QOL.az xəbər verir ki, matç polyakların böyük hesablı qələbəsi ilə başa çatıb. 

Polşa - Rumıniya - 6:0

Qollar: Levandovski, 24-pen.; 47; 86, Qita, 49-avtoqol, Zielinski, 62, Bednarek, 66 

Qırmızı vərəqə: Draqusin, 22 (Rumıniya)

İki illik fasilədən sonra yığmaya qayıdan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç bu matçın iştirakçısı olmayıb. O, əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan Polşa yığması qrupda üçüncü yerdədir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner