(Rauf Əliyevin Azərbaycana qayıdışına həsr olunur)
Rəsmi statistikaya görə, 2017-ci ilin yayına kimi, qonşu Gürcüstanın xarici ölkələrdə legioner həyatı yaşayan 70 futbolçusu olub.
Həmin futbolçulardan ən məşhurları – Rusiyada çıxış edən Cano Ananidze “Spartak”da, Solomon Kverkveliya “Lokomotiv”də, Quram Kaşiya “Vitess”də (Hollandiya) yerini möhkəmlədib uğurlar qazananda bizim Portuqaliyada, “Boavişta”da oynayan Kamran Ağayev özünü bir futbolçu kimi Avropada təsdiqləmək əvəzinə, “Azərbaycandan ötrü darıxıram” deyib qayıdıb gəldi Bakıya. Azərbaycan üçün darıxan adam qısa müddət sonra niyə “Mlada Boleslav”la müqavilə bağlayıb yenə həmin Avropaya - Çexiyaya getdi və sonra niyə yenə Azərbaycana qayıtdı, bu artıq gənc alimlərimiz üçün elmi işin mövzusu olmalıdı.
Yaxşısı qayıdaq yenə gürcülərə. Deməli, həmin Ananidze ötən mövsüm Rusiya çempionluğunu, Kverkveliya və Kaşiya isə ölkə kubokunu qazandı. Bizim Ramil Şeydayev isə elə o ərəfədə Slovakiyanın çempionu olmuşdu. Sonra “Jilina”dan ayrılan Ramilin özünəmi, yaxud onun işlərini uğursuzcasına həyata keçirən menecerlərə elə gəldi ki, bu futbolçunu Avropada daim oynayacağı hətta zəif klubdansa, Azərbaycana, çox vaxt ehtiyatda qalacağı “Qarabağ”a gətirmək faydalı olar. AFFA-nın xahiş-minnətindən sonra Qurban Qurbanov Ramili götürdü komandasına. Bəs sonrası necə oldu? Gözlənildiyi kimi, o, karyerasının ən uğurlu dönəmini keçirən Cənubi Afrika millisinin hücumçusu Dino Ndlovuya rəqabətdə uduzdu. Amma belə getsə, ən pisi hələ qabaqdadı. “Qarabağ”da qaldığı günə qədər olub-qalan potensialı da məhv olacaq Ramilin. Ağdam klubu onun yeri deyil. Ramilə daim sabit oynayacağı komanda lazımdı. Məsələn, ən pis halda elə “Jilina” səviyyəsində. 13 oyuna 5 qol vurmuşdu orda, “Qarabağ”da gərək ki, 5 oyuna çıxıb, 1 qolu belə yoxdu.
Deməli, onu ya istəyərəkdən, ya da pul qazanmaq xatirinə “Qarabağ”a calayan “agent çetesi” oturub Ramilin qara zolağa düşməsi haqda yaxşı-yaxşı fikirləşsə, pis olmazdı.
Ramil bu gün Albaniyadan, “Kukesi”dən ayrıldığı açıqlanan Rauf Əliyev kimi, xaricdə çox qalmağa səbri və iradəsi çatmayan biri olmamalıdı. Rus futbol məktəbini keçib, başqa bir mühitdə, aləmdə böyüyüb. Ramilin də, elə rus futbol məktəbinin başqa bir yetirməsi, indi “Neftçi”də oynayan Emin Mahmudovun da yeri Azərbaycan deyil. AFFA onları bura necə gətiribsə, tezliklə də göndərməlidi Avropaya. Heç olmasa ortabab futbol ölkələrdən birinə. Yoxsa, Ramil Şeydayev bu gedişlə olacaq artıq futbolda harda olduğu bilinməyən ikinci Vaqif Cavadov.
Kamil Məmmədovun, Riyad Rəfiyevin və AFFA-yla yaxın işbirliyində olan digər menecerlərin işi təkcə böyük pullar qazanmaq xatirinə bu ölkəyə futbol opilkalarını gətirmək olmamalıdı. Uğurlu menecer öz istedadlı futbolçusunun xaricdə normal bir kluba keçidini də həll etməyi bacarmalıdı.
Bacarırlarsa, Ramili də, Emini də çıxarsınlar bu ölkənin çempionatından. Çünki onlar xaricdə oturuşmağı bacararlar.
Görürsünüz, qonşu gürcülərin 70 nəfərədək legioneri var xaricdə. Mən hələ erməniləri demirəm. Rusiyada əməlli-başlı futbol lobbisi də yaradıblar. Amma bizimkilər Avropaya və xaricə ayaq basandan sonra burdakı dostları, çayxanalar və qəlyanxanalar üçün darıxmağa başlayırlar. Dil bilməmək də əcnəbi komanda yoldaşları ilə ünsiyyət yaratmağa, dostluq münasibəti qurmağa, birgə istirahət etməyə problem yaradır. Ona görə də darıxırlar və bir mövsümü başa vurmamış qayıdıb gəlirlər vətənə. Heyətdə möhkəmlənə bilməmək ikinci-üçüncü dərəcəli məsələdi. Bizim futbolçunun xarakteri, mental bağlılığı onların xaricə adaptasiya olmasına əngəl yaradır. Amma problemin kökü həm də başqadı.
Azərbaycan futbolçusu “biz yaxınlarımız üçün darıxırıq” düşüncəsi, yaxud bəhanəsiylə geri qayıdanda gürcü futbolçu, hazırda Moskva “Lokomotiv”ində çıxış edən Solomon Kverkveliya belə deyirdi: “Mən “Rubin”də oynayanda aya 2-3 min dollar pul alırdım. Darıxırdım, rus dilini bilmirdim, amma heç vaxt Gürcüstan çempionatına qayıtmaq haqda fikirləşmirdim. Bilirsiniz niyə? Çünki qayıtsaydım, ölkəmdə mənə gülüb deyərdilər ki, sən bacarıqsız futbolçusan, ölkəni təmsil etmək sənə görə deyil...”
İndi aydın olur, Gürcüstanın həm də nəyə görə xaricdə 70 futbolçusu var?
Aydın BAĞIROV
[email protected]
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"