“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi

“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 01:27 338
-  A +

UEFA Millətlər Liqasının B Liqasının dördüncü turu çərçivəsində Bosniya və Herseqovina yığması öz meydanında Polşanı qəbul edib. 

QOL.az xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesabı qələbəsi ilə başa çatıb. İvan Basiçin 84-cü dəqiqədə penaltidən vurduğu qol Bosniya və Herseqovinaya qələbə qazandırıb. 

Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb. 

2 illik fasilədən sonra Polşa millisinə çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. 

Qeyd edək ki, 4 turdan sonra Bosniya və Herseqovina yığması 8 xalla qrupda ikinci, Polşa isə 4 xalla üçüncü yerdədir.


Qarabağ FK
Son xəbərlər
topaz banner