Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı
DÜNYA FUTBOLU 5 Oktyabr 2026 / 22:58 449
-  A +

2026-cı il “Golden Boy” mükafatına namizəd olan 25 futbolçunun siyahısı açıqlanıb.

QOL.az xəbər verir ki, “Tuttosport” tərəfindən 2003-cü ildən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunan mükafat uğrunda mübarizədə “Barselona” və İspaniya millisinin 19 yaşlı futbolçusu Lamin Yamal yer almayıb.

Buna səbəb mükafatın eyni futbolçuya iki dəfə verilməməsidir. Yamal 2024-cü ildə “Golden Boy” seçilib.

Qeyd edək ki, son 5 ildə bu mükafatı Pedri, Qavi, Cud Bellinqem, Lamin Yamal və Desir Doue qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner