Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı

Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
CÜDO 5 Oktyabr 2026 / 15:42 915
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az-ın məlumatına görə, dünya çempionatının ikinci günündə Azərbaycanı dörd cüdoçu tatamidə təmsil edib və hamısı medalsız qalıb.

52 kq

Qadınların yarışında Gültac Məmmədəliyeva ilk görüşündə İsrail təmsilçisi Gefen Primoya qalib gələrək 1/8 finala yüksəlib. Burada isə Avstraliya təmsilçisi Tinka İstana qalib gəlib. 1/4 finalda Gültac Məmmədəliyeva İtaliya təmsilçisi Odette Giuffridaya məğlub olub. 

Daha sonra o, təsəlliverici görüşdə monqolustanlı Uranzaia Bayanmunxa da uduzub.

66 kq

Ruslan Paşayev ilk görüşündə Türkmənistan təmsilçisi Sərdar Rəhimova qalib gələrək 1/8 finala yüksəlib. Lakin 1/8 finalda İtaliya təmsilçisi Valerio Aççoqliyə məğlub olaraq mübarizəni dayandırıb.

Nizami İmranov isə ilk görüşündə Gürcüstan təmsilçisi Važa Margelaşviliyə qalib gələrək 1/16 finala yüksəlib. Burada Rusiya təmsilçisi Ramazan Abdullayevə uduzaraq mübarizəni başa vurub.

Turan Bayramov startda Finlandiya təmsilçisi Saşa Luukasa məğlub olub və turnirdə çıxışını başa çatdırıb.

Qeyd edək ki, hazırda komandamızın aktivində bir medal var. Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner