“Sakitliyimizi qorusaq..." - Mahir Emreli

“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2026 / 22:06 607
-  A +

Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

QOL.az xəbər verir ki, hücumçu matçdan sonra "CBC Sport"a açıqlamasında görüşün ağır keçdiyini bildirib:

“Çox ağır və gərgin oyun oldu. Belə olacağını əvvəlcədən bilirdik. Bu üç gün ərzində həm komanda olaraq, həm də fərdi şəkildə bu oyuna çox yaxşı hazırlaşdıq. Xüsusilə birəbir mübarizələrdə bunu göstərdik. Hər kəsin bir-biri üçün mübarizə apardığı görünürdü.

Belə oyunlarda birəbir mübarizələrin çoxunu qazananda nəticə də özünü göstərir. Bir qol vurduq, amma düşünürəm ki, daha çox qol da vura bilərdik. Bunun üzərində işləməliyik.

Bəzi futbolçular klublarında az oynayırlar. Mən də eynisini yay təlim-məşq toplanışında hiss edirdim. Bir çox epizodlarda bu özünü göstərir. Bu zaman müəyyən çatışmazlıqlar olur. Amma oynadıqca, belə epizodlarda iştirak etdikcə həmin vəziyyətlər artıq vərdişə çevrilir.

Sevinirik. Vacib qələbə idi. Xüsusilə Lixtenşteynlə qolsuz heç-heçədən sonra bu qələbə bizim üçün  önəmli idi. Həm mental baxımdan komandaya kömək etdi, həm də pis nəticədən sonra tez toparlanaraq yenidən mübarizəyə qoşula bildiyimizi göstərdi.

Düşünürəm ki, bu, qrupun ən önəmli qələbələrindən biridir. Hələ bir oyunumuz qalıb. Belə hallarda nə həddindən artıq sevinmək, nə də əvvəlki nəticələrdən sonra olduğu kimi çox üzülmək lazımdır. Sakit qalmalıyıq. Ümid edirəm ki, sakitliyimizi qorusaq, nəticələr də hər dəfə bizim xeyrimizə olacaq”.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner